SİYASƏT


Moskvada Ulu Öndər Heydər Əliyevin xatirə gecəsi keçirilib

Azərbaycanın Rusiyadakı səfirliyi Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi ilə birlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin üzvləri, Rusiya Federasiyası Federasiya Şurasının və Dövlət Dumasının senatorları və deputatları, diplomatik nümayəndəliklərin rəhbərləri, Rusiyanın tanınmış ictimai xadimləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının fəalları və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.