İQTİSADİYYAT


Ağdamda turizmin bərpası ilə bağlı konfrans keçirilib

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdamda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda I elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm potensialı və mövcud resurslardan səmərəli istifadə üsullarının, eləcə də sektorun sürətli inkişafı üçün təkliflərin müzakirə olunması məqsədilə təşkil olunan konfransda dövlət orqanlarının nümayəndələri, investorlar, turizm sənayesinin təmsilçiləri və turizm ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.