SİYASƏT


Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər.
İclasda çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2023-cü ilin Azərbaycan xalqının taleyinə uğurlu il kimi düşdüyünü deyib. O bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlərə imza atıb.