İQTİSADİYYAT


Cəlilabadda sahələrdə kartof boldur, qiymət isə ucuz

İkinci çörək hesab edilən kartof bitkisi bu il Cəlilabad rayonunda payızlıq əkin olaraq, ötən ilkindən 350 hektar artıq sahədə yetişdirilib. Məhsul yığımı yekunlaşmaq üzrədir. Bu günədək 890 hektar sahədə yığım işləri başa çatıb. Orta məhsuldarlıq 200 sentnerə yaxın olsa da, bir çox təsərrüfatlarda innovativ becərmənin tətbiqi sayəsində hər hektardan 300 sentnerdən yuxarı məhsuldarlıq əldə edilir.