İQTİSADİYYAT


“Stadler”in iki yeni qatarı Bakıya gətirilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 2019-cu ilin noyabr ayında imzalanmış müqaviləyə əsasən yeni alınacaq FLİRT tipli 6 elektrik və 4 dizel qatarının 4 ədədinin (dizel) bu ilin sonuna kimi Bakıya çatdırılması planlaşdırılıb. Artıq bu qatarlardan ikisi Bakı Dəmiryolu Vağzalına çatdırılıb.
AZƏRTAC xəbər verir ki, FLİRT markalı birmərtəbəli qatarın hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 236-270 nəfər arası dəyişir. Qatarlarda standart və birinci sinif (8 yer) yerlər mövcuddur. Yeni dizel qatarları kontakt şəbəkəsinə qoşulmadan daxili mühərrik sistemi hesabına istehsal olunan elektrik enerjisi ilə hərəkət edir. Bu da öz növbəsində kontakt sistemində yarana biləcək texniki problemlərdən asılı olmayaraq qatarın hərəkət qrafiki üzrə normal rejimdə hərəkət etməsinə imkan yaradır.