SİYASƏT


Mühəndis-istehkam bölmələri tərəfindən il ərzində 940 mina zərərsizləşdirilib

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərimizdə cari ilin dekabrın 1-dən 12-dək olan müddət ərzində 134 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan müddət ərzində 1069 metr yol qar örtüyündən təmizlənib, 260 metr yeni təminat yolları mühəndis-istehkam bölmələri tərəfindən çəkilib.