SİYASƏT


“Heydər Əliyev İli” çərçivəsində Serbiyada konsert təşkil olunub

Azərbaycanın Serbiyadakı səfirliyi və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dostluq yolları” adlı konsert təşkil edib.
AZƏRTAC xəbər verir ki, Belqrad şəhərindəki Etnoqrafiya Muzeyində keçirilən konsertdə Serbiyada akkreditə olunmuş diplomatik nümayəndəliklər, dövlət rəsmiləri, elm və incəsənət xadimləri, bu ölkədə yaşayan, çalışan və təhsil alan azərbaycanlılar, yerli KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.