SİYASƏT


AZƏRTAC-ın təşəbbüsü ilə Sarayevoda fotosərgi açılıb

AZƏRTAC-ın təşəbbüsü ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyində təşkil olunan sərginin açılışında bu ölkədə yaşayan, çalışan və təhsil alan soydaşlarımız, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.