SİYASƏT


Milli Məclisin sədri: Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq

Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gələn il fevralın yeddisinə təyin edilmiş prezident seçkilərində partiyadan namizəd göstərilib. Əlbəttə, bu qərar bütün Azərbaycan xalqının arzu və istəyini ifadə edib. Dünyamiqyaslı siyasi və dövlət xadimi olan İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirib, fəaliyyəti ilə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası yeni tarixi şəraitdə yaradıcı surətdə davam etdirilib və daha da zənginləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.