İQTİSADİYYAT


AZAL Bakıdan Pekinə uçuşlara başlayıb

Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 19-da axşam saatlarında Bakıdan qalxan ilk təyyarə yerli vaxtla dekabrın 20-də səhər saat 7 radələrində Pekinin “Paytaxt” beynəlxalq hava limanına eniş edib. Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək. Bu, AZAL-ın uçuş coğrafiyasında hazırda ən uzaqməsafəli uçuşdur.