SİYASƏT


Müdafiə naziri azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb

Dekabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi qulluqçuların diqqətinə çatdırılıb.