İDMAN


MOİK-in baş məşqçisi: Ev oyunlarımızı Xankəndidə keçirmək bizim üçün şərəf olar

"Tarixi torpaqlarımızda möhtəşəm oyun keçirdik. Buna görə Prezident İlham Əliyevə və Ordumuza təşəkkür edirik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Məhz onların sayəsində bu gün buralardayıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri MOİK komandasının baş məşqçisi Qəzənfər Abbasov Azərbaycan Kubokunun 1/8 final mərhələsinin Xankəndidə keçirilmiş oyunundan (0:1) sonra mətbuat konfransında deyib.