SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda zabit təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda bir qrup zabitin təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirərək yeni vəzifələrə təyin olunması münasibətilə buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.