SİYASƏT


Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan layihəyə başlanılıb

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi, habelə fərqli statuslu seçki subyektlərinin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə genişmiqyaslı tədbirlər ardıcıl və sistemli şəkildə davam etdirilir.
Seçki iştirakçıları üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirmə proqramına uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlara start verilib.