SİYASƏT


MSK seçkiqabağı təşviqat üçün bir televiziyaya və dörd qəzetə ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetlərinə ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.