SİYASƏT


AZƏRTAC-ın təşkilatçılığı ilə “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

Dekabrın 27-də Bakıda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.
Konfransdan əvvəl “Heydər Əliyev-100” fotosərgisinə baxış olub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.