İQTİSADİYYAT


Nizami rayonunda küçəsinin bir hissəsi təmir olunur

Bakının Nizami rayonunda Elşən Süleymanov küçəsinin bir hissəsində təmir işləri aparılır.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri küçənin Cəmşid Naxçıvanski küçəsindən Bəhruz Nuriyev küçəsinə qədər olan hissəsində icra olunur. Sözügedən hissənin uzunluğu 660 metr, ortalama eni 13.5 metr təşkil edir.