SİYASƏT


Ceyhun Bayramov: 2023-cü il məzmun cəhətdən zəngin olub

Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz 2023-cü il məzmun cəhətdən zəngin olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, qətiyyətli, prinsipial xarici siyasət kursu uğurla həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında söyləyib.