SİYASƏT


AZƏRTAC-ın təşəbbüsü ilə Romada Ümummilli Liderin 100 illiyinə həsr olunan fotosərgi açılıb

AZƏRTAC-ın təşəbbüsü ilə ölkəmizin İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İtaliyadakı və Müqəddəs Taxt-Tacdakı səfirliklərinin dəstəyi ilə keçirilən sərginin açılış mərasimində bu ölkədə yaşayan, işləyən və təhsil alan soydaşlarımız iştirak ediblər.