SİYASƏT


Nazir: Delimitasiya komissiyasının iclası zamanı 8 kəndin məsələsinə baxılacaq

Ermənistanla bütün görüşlər zamanı işğal altındakı kəndlər məsələsi müzakirə olunur. Ciddi ərazi münaqişəsi olmayan dövlətlər arasında belə delimitasiya məsələsi uzun illər çəkə bilər. Biz sülh müqaviləsinin daha tez zamanda başa çatmasında maraqlıyıqsa, iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçdiyi mətbuat konfransında bildirib.