SİYASƏT


Seçkini müşahidə edəcək ATƏT üzvləri Bakıya gəlib

ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosunun müşahidəçiləri (DTİHB) Azərbaycanın dəvəti ilə işə başlayır. Ölkədəki prezident seçkilərini müşahidə edəcəyik. İndiyədək DTİHB Azərbaycanda 12 seçki zamanı müşahidə missiyası həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bunu ATƏT-in DTİHB müşahidə missiyasının rəhbəri İoğan Mörfi dekabrın 29-da keçirilən mətbuat konfransında deyib.