SİYASƏT


MSK İlham Heydər oğlu Əliyevin növbədənkənar prezident seçkilərinə namizədliyini qeydə alıb

Mərkəzi Seçki Komissiyası İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədliyini qeydə alıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının dekabrın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.
İclasda bildirilib ki, İlham Əliyevin namizədliyinin irəli sürülməsi MSK-nın 2023-cü il 19 dekabr tarixli iclasının protokolu ilə təsdiq edilib. İşçi qrup bu barədə qərar layihəsini imzalayıb.