MƏDƏNİYYƏT


Göygölün qış turizmi: Göy kətəsi, qozlu kofe REPORTAJ

İsti yay günlərində olduğu kimi soyuq havalarda da Göygöl rayonu yerli və xarici turistlərin tez-tez gəldiyi bölgələrdəndir. Gələn qonaqlar göllər tacı olan Göygölə, eləcə də hər tərəfdən meşəli dağlarla əhatə olunmuş təbiətə heyranlıqla tamaşa edirlər. Təbiətin bu əsrarəngiz gözəlliyi yay aylarında olduğu kimi, qışda da göz oxşayır. Əsasda yol kənarlarında demək olar ki, addımbaşı yerli sakinlər tərəfindən yerindəcə hazırlanan kətə və qozlu kofe insanların damaq zövqünü oxşayır.