SİYASƏT


İsveçrə Teleradiosunda “Cənubi Qafqazda tezliklə sülh olacaqmı?” sərlövhəli reportaj yayımlanıb

İsveçrə Teleradiosunun (SRF) əsas xəbər buraxılışında Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları və yaxın gələcəkdə regionda əmin-amanlığın tam bərqərar edilməsi imkanlarına dair geniş reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Cənubi Qafqazda tezliklə sülh olacaqmı?” sərlövhəli reportajda 30 il davam etmiş münaqişədən sonra 2024-cü ildə Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpa olunmasına ümidlə baxıldığı vurğulanıb.