İQTİSADİYYAT


Azərbaycanın ümumi daxili məhsulu 6,9% artıb

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin yeni layihəsi olan “Azərbaycan iqtisadiyyatı - 20 il ərzində” infoqrafik videoçarxlar silsiləsinin ikinci sayında ümumi daxili məhsula dair göstəricilər təqdim edilib. Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 2003-2022-ci illər ərzində orta hesabla 6,9%, qeyri neft-qaz ÜDM-isə 6,6 % artıb, bu dövrdə bütövlükdə iqtisadiyyat 3,6 dəfə, o cümlədən qeyri neft-qaz iqtisadiyyatı 3,4 dəfə böyüyüb. Anoloji dövrdə adambaşına düşən ÜDM 2,9 dəfə artıb. Belə ki, bu rəqəm 2003-cü ildə 872,7 manatdan 2022-ci ildə 13 256 manata yüksəlib.