SİYASƏT


Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edilib

Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusu İkinci Şəhidlər xiyabanını ziyarət edərək şəhid pilotun məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla anıblar.