SİYASƏT


MSK-nın sədri: İşğaldan azad edilmiş ərazilərdə məntəqələrimiz artıq qurulub

İşğaldan azad edilmiş ərazilərdə bizim məntəqələrimiz artıq qurulub. Həmin ərazilərdəki məntəqələrimiz digər bölgələrdəki məntəqələrimizə nümunə ola bilər. Çünki həmin bölgələrdə intensiv tikinti-quraşdırma işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.