SİYASƏT


Orduda məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir.
İmtahanlar Azərbaycan Ordusunun müxtəlif təlim mərkəzlərində sinif otaqları və çöl-səhra şəraitində keçirilir. Sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələri, həmçinin rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqları yoxlanılır.