İQTİSADİYYAT


Gədəbəydə avtomobil yolları təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gədəbəy rayonunda 17 min əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmirinə start verilib.
AZƏRTAC agentliyə istinadla xəbər verir ki, uzunluğu 45 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 8-9 metrə qədər genişləndirilir.