İQTİSADİYYAT


Göyçayda 9 yaşayış məntəqəsini birləşdirən yolun təmirinə başlanılıb

Göyçay rayonunun Bakı‒Şamaxı‒Yevlax (218 kilometr)‒Potu‒Ulaşlı Şıxlı‒Üngütlü‒Çərəkə‒Çərəcə‒Şıxlar‒Xəlitli‒Yeniarx‒Hacıağabəyli avtomobil yolunun əsaslı təmirinə başlanılıb.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, uzunluğu 42,35 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilir.