SİYASƏT


GÜNÜN MÖVZUSU: Azərbaycanda casusluğa görə saxlanılan Martin Rayan Fransanın tapşırıqlarını icra edib

“Günün Mövzusu”nun bugünki qonağı politoloq Anar Əliyevdir. Azərbaycanda casusluqda ittiham olunaraq həbs edilən Fransa vətəndaşı Martin Rayan ölkəsi tərəfindən istifadə edilib və indi ölkəmizin milli qanunvericiliyinə uyğun mühakimə olunacaq. Fransanın bu addımını qonağımızla birgə müzakirə etdik.