İQTİSADİYYAT


Ekspert: Bakının baş planın təsdiqi evlərin qiymətinə təsir göstərəcək

Aparılan hesablamalara görə, 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Plana əsasən şəhərin mərkəz hissəsində yaşayış binaları az sayda tikiləcək. Bəs maraqlıdır, Bakı şəhərinin baş planının təsdiqi mənzillərin qiymətinə necə təsir edəcək? Əmlak eksperti Vüqar Orucun sözlərinə görə təsdiqlənən Baş Plana sərf olunacaq vəsait müəyyənləşsə də, işlərin icrası zamanı bu məbləğin artacağı da istisna olunmur. Buna görə də Bakı şəhərinin yeni Baş planı üzrə işlərin həyata keçirilməsi mənzil bazarında qiymətlərə də təsirsiz ötüşməyəcək.