SİYASƏT


Media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirə keçirilib

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif istiqamətlərdə maarifləndirmə layihələrinin həyata keçirilməsi intensiv davam etdirilir. Silsilə tədbirlər çərçivəsində yanvarın 11-də Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi media subyektlərinin prezident seçkilərində sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.