İQTİSADİYYAT


Bu qanun qəbul olunarsa maaşlar yüksələcək

Azərbaycanda minimum əmək haqqının vergidən azad olunması təklif olunur. Belə ki, hazırda əmək haqqlarının verilməsi zamanı vergidən azad olunan hissə 200 manat təşkil edir. Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, minimum əmək haqqının vergidən azad olunması təklifi Milli Məclisdə büdcə müzakirələri zamanı müzakirəyə çıxarılıb.