SİYASƏT


İşğal altında olan 8 kənd yenidən gündəmdə

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində işğal altında qalan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin hələ də işğal altında qalmasından danışıb. Dövlətimizin başçısı səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib. Ermənistan və onun havadarları sərhədlərin müəyyənləşdirilməsi üçün ötən əsrin 70-ci illərin xəritələrini əsas götürmək istəyir. Azərbaycan isə bununla razı deyil. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyir ki, Ermənistan bu məsələdə beynəlxalq hüquq və normalara uyğun davranmalıdır.