İQTİSADİYYAT


Bu il Azərbaycan neftinin qiyməti necə olacaq?

Səudiyyə Ərəbistanı bazarda tələbatın azalması fonunda fevral ayında neft tədarükünün qiymətlərini azaldacaq. Belə ki, “Arab Light” brendi üçün neftin qiyməti hər barelinə görə 2 dollar ucuzlaşdırılıb. Bəs maraqlıdır bu hal Azərbaycan neftinin qiymətinə necə təsir edəcək? Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə Səudiyyə Ərəbistanın belə addımı yenilik deyil və bu onların öz neftinə olan tələbatı artırmaq məqsədi daşıyır. Bu prosesin Azərbaycanın qara qızılının qiymətinə təsirinə gəldikdə burda məsələ tam fərqlidir.