İQTİSADİYYAT


Azərbaycanda auditor xidmətinin həcmi 40 dəfədən çox artıb

Bakıda Auditorlar Palatası, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc ötən 20 ildə aparılan dövlət siyasətinə uyğun olaraq, müstəqil hesabatlılıq, audit və qiymətləndiricilər institutunun böyük inkişaf yolu keçdiyini, onun təsirliliyinin artdığını, bu sahələrdə rəqəmsallaşma, beynəlxalq aləmə inteqrasiyanın gücləndiyini bildiriblər.