SİYASƏT


Yeni gələn çağırışçıların hərbi hissələrdə qəbulu davam edir

Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xidmətə yeni gələn çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçir, tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər.