SİYASƏT


Qarabağ bölgəsində növbəti silah-sursat anbarı aşkarlanıb

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkarlanıb. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, piyada və tank əleyhinə minalar və raketlər müsadirə edilib.