İQTİSADİYYAT


BBC-də Bakı Limanı ilə bağlı videotəqdimat yayımlanıb

Bu həftə ərzində Davos Forumunun keçirildiyi zaman milyonlarla izləyicisi olan “BBC World News” telekanılında Bakı Limanı ilə bağlı video təqdimat nümayiş olunub.

Bakı Limanından AZƏRTAC-a bildirilib ki, gün ərzində bir neçə dəfə xəbərlər proqramında yayımlanan video rolikdə Bakı Limanının beynəlxalq logistik dəhlizlərdə oynadığı mühüm roldan, Orta Dəhlizdə yaratdığı imkanlardan bəhs edilir.