SİYASƏT


İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 114 illiyi qeyd olunub

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anadan olmasının 114 illiyinə həsr olunmuş tədbir keçirilib.
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, Bakı Qarnizonundakı hərbi hissələrin, ictimaiyyət nümayəndələrinin, generalın ailə üzvlərinin iştirak etdiyi mərasimində əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər qoyulub, güllər düzülüb. Ulu Öndər Heydər Əliyevin və xalqımızın igid oğlunun timsalında Vətənimizin şəhid övladlarının xatirəsi ehtiramla yad edilib.