İQTİSADİYYAT


Sahibkarların çoxdan gözlədiyi qanun qəbul olundu

Uzun illər müzakirəsi aparılan qanun artıq qəbul olunaraq təsdiqləndi. Belə ki, “Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun Prezident İlham Əliyev tərəfindən imzalanıb. Məcəllə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları özündə ehtiva edir. İqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə görə, rəqabət məcəlləsinin təsdiq edilməsi eyni zamanda investisiya mühitini də yaxşılaşdıracaq.