SİYASƏT


Hərbi hissələrdə yeni tədris dövrünə hazırlıq prosesi yoxlanılıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev yeni tədris dövrünə hazırlıq prosesinin gedişini yoxlayıb.
Məruzə olunub ki, hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, bölmələrdə və təlim şəhərciklərində maddi-texniki və tədris bazası təkmilləşdirilir, döyüş texnikası və silahların sazlığı, eləcə də təchizatın varlığı yoxlanılır.
General-polkovnik K.Vəliyev "Gizir hazırlığı kursu"nun gedişi ilə də maraqlanıb.