CƏMİYYƏT


Alimentdən narazı qalan və alimenti ödəyə bilməyənlərin nəzərinə

Azərbaycanda nikahların sayı kifayət qədər artsa da, boşanmaların da sayı az deyil. Boşanmalar zamanı isə əgər birgə nikahdan uşaq varsa əksər hallarda ananın himayəsinə verilir. Bu zaman isə aliment ata tərəfindən ödənilir. Lakin təcrübələr göstərir ki, təyin olunan aliment heç də hər zaman ananı qane etmir. Vəkil Emil Aslanovun sözlərinə görə, aliment məbləğindən narazı qalan hər bir valideynin məhkəmənin qərarından apelyasiya şikayəti etmək hüququ var.