CƏMİYYƏT


FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin zəlzələ nəticəsində zərərçəkmiş ölkədə humanitar əməliyyatlarda fəaliyyətinin təşkili” mövzusunda keçirilən təlim zamanı dəstənin şəxsi heyətinin “INSARAG” qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi və təlimatlandırılması, təlim iştirakçılarına idarəetmə və qarşılıqlı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, həmçinin onların bu sahədə bilik və bacarıqlarının artırılması qarşıya qoyulan əsas məqsədlərdən olub.