CƏMİYYƏT


“Aztelekom” Şabranda ev təsərrüfatı və biznes subyektlərinin 53 faizini yüksəksürətli internetlə təmin edib

“Aztelekom” MMC Şabran rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 53 faizinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Şabran şəhəri, Surra və Dəvəçi kəndlərində şəbəkənin tikintisi başa çatdırılıb.
Ümumilikdə, Şabran rayonu ərazisində 8080 ev təsərrüfatı və biznes subyektinin yüksəksürətli internetə çıxış imkanı təmin edilib. Hazırda Şabran şəhərində 4957 təsərrüfatdan 2220 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Yeni qoşulmalar davam etdirilir.