CƏMİYYƏT


Laçında müasir kitabxana istifadəyə verilib

Bu gün Laçın şəhərində “LaCinema” kinoteatrının nəzdində yeni, müasir kitabxananın açılışı olub. “Simurq” adı verilmiş kitabxananın əsas özəlliyi funksionallığındadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Bakı Abadlıq Xidməti MMC-nin direktor müavini Firdovsi Hüseynov, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədov, şəhərin ziyalıları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər. Tədbirə şəhərdə və Zabux kəndində fəaliyyət göstərən məktəblərin müəllim və şagird heyəti də qatılıb.