CƏMİYYƏT


İşğaldan azad olunan ərazilərdəki qızıl mədənlərinin faydaları

Azərbaycanda hasil edilən qızılın miqdarı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə 2023-cü ildə Azərbaycanda 2 min 614 kiloqram qızıl hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 17,7 faiz azdır. Belə olan halda hasilatın arıtırılması üçün hansı addımlar atılmalıdır? Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad olunan Zəngilan və Kəlbəcər rayonlarında olan qızıl yataqlarının istehsala cəlb olunması hasilatın artmasına səbəb olacaq, bunun üçün isə ilk növbədə müasir texnologiya cəlb edilməlidir.