CƏMİYYƏT


Suqovuşanda seçici fəallığı müşahidə olunur

Bu gün səhər saat 08:00-dan Suqovuşan qəsəbəsində yaradılan 97 sayılı Tərtər-Naftalan- Goranboy seçki dairəsinin 58 sayılı seçki məntəqəsində də səsvermə start götürüb.
AZƏRTAC-ın Suqovuşana ezam olunan müxbiri xəbər verir ki, bu məntəqəyə həm Talış kəndinin sakinləri, həm də Suqovuşan qəsəbəsində tikintidə çalışanlar gələrək 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə keçiriləcək seçkilərdə böyük qürur və sevinc hissi ilə səs verirlər.