CƏMİYYƏT


İşğaldan azad olunan Füzulidə məskunlaşan sakinlərin səsverməsi - EKSKLÜZİV

İşğaldan azad olunan Füzuli şəhərində məskunlaşan sakinlər, eləcə də burada çalışanlar növbədənkənar prezident seçkilərinin səsvermə prosesində ruh yüksəkliyi ilə iştirak edirlər. Onlar burada yaradılan 3 məntəqədə səs verirlər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzulidə seçici fəallığı müşahidə edilir. 84 saylı Füzuli seçki dairəsinin sədri Ramiz Teymurovun verdiyi məlumata görə, dairə üzrə ümumilikdə 77 seçki məntəqəsi üzrə 54457 nəfər seçici var və seçki prosesini izləmək üçün 1020 müşahidəçi qeydə alınıb. Seçicilərdən 3619 nəfəri işğaldan azad olunan ərazilərdə qeydiyyata alınanlardır. Belə ki, seçkilərin davam etdiyi 77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhər sakinidir. 75 saylı seçki məntəqəsində 1351 nəfər, 76 saylı seçki məntəqəsində 976 nəfər qeydiyyata alınan seçicilər isə işğaldan azad olunan ərazilərdə çalışanlardır.